Həkimlərin maaşlarında ikihissəli artım olacaq

11:36 11-07-2019 17

Gələn ildən Azərbaycanda həkimlərin əməkhaqqı artacaq və bu, iki hissədən ibarət olacaq.

Report xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əməkhaqqı pilot layihədəkindən fərqli olacaq. Çünki pilot layihə zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdiriləcəyik.

İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq”, - Z.Əliyev bildirib.