“BMW”nin qəfil əyləci basması məzəli qəzaya səbəb oldu - VİDEO

11:54 11-07-2019 535

Bakıda baş vermiş maraqlı qəza anı kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “BMW X6” markalı avtomobilin sürücüsü qarşıdakı avtomobil sola döndüyü üçün qəfil əyləci basıb. Bu zaman arxadan gələn “VAZ 2107” markalı avtomobilin sürücüsü onunla toqquşmamaq üçün maşını sağa çəksə də, yolayrıcında gözləyən “Mercedes” markalı avtomobilə çırpılıb. Bu arada yol kənarında dayanmış piyada son anda geriyə çəkilərək avtomobil tərəfindən vurulmaqdan qurtulub.

“Jiquli”nin sürücüsü avtomobildən çıxaraq “BMW X6”-ya etiraz etsə də, sonuncu heç nə olmamış kimi yoluna davam edib.