Niki Minaj LGBT-yə dəstəyi Ərəbistan konsertindən üstün tutdu, ölümlə hədələndi

18:09 11-07-2019 974

İyulun 18-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində, Kral Abdulla İdman Stadionunda baş tutacaq festivalda çıxışı gözlənilən müğənni Niki Minajın konserti ləğv olunub. 

HerGun.Az xəbər verir ki, bu qərarı ifaçı qadın hüquqları, LGBT icması və söz azadlığını dəstəkləmək üçün qəbul edib.

Minajın konserti barədə xəbər tutan “Human Rights Foundation” təşkilatı Səudiyyə Ərəbistanında insan haqlarının pozulması hallarını boykot etmək üçün veb-saytından repçiyə məktub ünvanlayıb.

Qurum Nikinin LGBT icmasına sosial media hesabında dəstəyini görüb və müğənniyə görə narahatlıq keçirib. Buna səbəb isə Minajın konsert verəcəyi Səudiyyə Ərəbistanında LGBT üzvlərinin hüquq və azadlıqlarının kodud şəkildə pozulmasıdır.

Onların iddialarına görə, bir neçə ay ərzində beş kişi həmcinsləri ilə münasibətdə olduğunu etiraf etdiyi üçün işgəncələrə məruz qalıb və sonda edam edilib.  

Bundan başqa, təşkilat qadınların təcavüzə məruz qalması və müxalif jurnalistlərin təqib edilməsinə dair faktları üzə çıxarıb. 

Nikinin konsertini ləvğ etməsi əbəs yerə deyil. O, qurumdan gələn məktubu oxuduqdan sonra qərara gəlib ki, hüquqları pozulan LGBT üzvlərinə, mətbuata və qadınlara dəstək vermək səudiyyəli fanatlar önündə çıxış etməkdən daha önəmlidir.

Bu qərara görə təşkilat “Twitter”də sənətçiyə təşəkkür statusu yazıb. Minajın əksər fanatları onun bu addımını alqışlasa da, bir sıra izləyicilər repçini tənqid edib. Onlar bildiriblər ki, əgər Niki nə vaxtsa cürət edib Ərəbistana gələrsə, onu ölüm təhlükəsi gözləyir.