Gürcüstanda sel və dolu soydaşlarımıza ziyan vurdu - FOTO/VİDEO

21:45 11-07-2019 635

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda güclü yağış və dolu əhaliyə ziyan vurub.

HerGun.Az xəbər verir ki, bu gün rayonun bir çox kəndlərinə gün ərzində yağan intensiv yağış selə səbəb olub.

Xüsusilə də rayonun Faxralı kəndi təbiət hadisəsindən əziyyət çəkib.

Dolu və sel əkin sahələrinə, meyvə ağaclarına zərər verərək, orada yaşayan soydaşlarımıza ciddi ziyan vurub.

Faxralı kəndindən çəkilmiş görüntüləri təqdim edirik.