Sükan arxasında telefonla oynadı, ağır qəza törətdi - VİDEO

14:27 12-07-2019 759

Bakıda daha bir ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında, aeroport yolunda baş verib.

Sükan arxasında telefona başı qarışan avtomobilin sürücüsü yüksək sürətlə “VAZ-2107” markalı avtomobili arxadan vurur.

Bu zaman idarəetməni itirərək sağ zolaqla hərəkətdə olan avtobusa çırpılır və onu yoldan çıxadır.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.