İranda atışma olub, 11 nəfər ölüb

14:40 11-08-2018 7
loading...

İranın şimal-qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) döyüşçüləri və terrorçu qrup arasında atışma olub, nəticədə 11 terrorçu məhv edilib.

Bu barədə HerGun.Az Anadolu agentliyinə istinadən xəbər verir.

İİKK-nin verdiyi məlumata görə, terrorçular qanunsuz olaraq İran ərazisinə girməyə cəhd ediblər.

İİKK atışmada itki verib-vermədiyi barədə məlumat verməyib.