Ermənistanın sabiq baş nazirinin qardaşı həbs olunub

17:15 11-08-2018 5
loading...

Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan iki ay müddətinə həbs olunub.

HerGun.Az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, avqustun 11-də məhkəmə xüsusi istintaq xidmətinin H.Abramyana qarşı ehtiyat tədbiri seçilməsinə dair vəsatətini təmin edib.

İttihama əsasən, Henrix Abramyanın qanunsuz yolla əldə etdiyi, Mxçyan kəndi ərazisində yerləşən mexaniki-təmir zavodunda saxladığı silahlar, Ambik Qevorkyan adlı şəxsin adına rəsmiləşdirilsə də, əslində isə qardaşı Ovik Abramyana aiddir.

Avqustun 6-da aparılmış axtarış zamanı həmçinin 3 əl pulemyotu, 7 avtomat, 2 SVD, 3 tüfəng, 2 tapança və bir xeyli patron aşkarlanıb.