Bu ölkədə tualet kağızının satışı 46 faiz artıb
09:20 27-03-2020 364
Rusiyada koronavirusun yayılmasından sonra bəzi məhsullara tələbatın artdığı müşahidə olunur.
RT xəbər verir ki, martın 16-dan 19-dək tualet kağızlarının satışı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 46 faiz artıb.
Bu ilin yanvar ayı ilə müqayisədə isə artım 27 faiz təşkil edir.
Eyni zamanda, ilin əvvəlindən nəm salfet və sabun satışı artıb.