Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - RƏSMİ AÇIQLAMA

18:20 27-03-2020 328

Bakıda “28 May” metrostansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.

HerGun.Az xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir.

Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçəyə giriş-çıxışı bağlayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva HerGun.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:

“Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimisə xəstəxanaya aparıla bilər”.

İlhamə Əbülfət