İspaniyada öküz festivalı: yenə də yaralılar var

15:54 12-07-2019 14

İspaniyanın Pamplona şəhərində keçirilən ənənəvi San Fermin öküzdən qaçış festivalı bu dəfə də insidentsiz ötüşməyib.

Russia Today”in verdiyi xəbərə əsasən, festival zamanı altı nəfər xəsarət alıb.

Həkimlərin sözlərinə görə, yaralılar müxtəlif dərəcəli zədələr alıblar, iştirakçılardan birini isə öküz öz buynuzu ilə ayağından vurub.

Öküzlərin qaçışı ümumilikdə 2 dəqiqə 18 saniyə davam edib.

Xatırladaq ki, 2018-ci ilin iyulunda İspaniyanın şimalında öküzdən qaçış festivalında 7 nəfər xəsarət alıb.