Gürcüstan hərbçiləri Marnueli və Bolnisidə karantinə nəzarət edir - VİDEO

19:00 28-03-2020 429

Gürcüstanın Marneuli və Bolnisi rayonlarında hərbi birləşmələr karantinə əməl olunmasına nəzarət edir.

Bu barədə “Sputnik” məlumat yayıb.

COVID-19-un yayılması üçün real təhlükə olan bölgə Gürcüstanın qalan hissəsindən təcrid olunub.

Bölgədə tibb işçiləri fasiləsiz olaraq əhaliyə xidmət göstərir. Həkimlər evləri gəzərək insanları yoxlayır. Nəzarət məntəqələrində hər kəs, hətta yük maşınları belə yoxlanılır. İnsanların temperaturu ölçülür. Nəqliyyat vasitələri, xüsusən təcili tibbi yardım vasitələri diqqətlə dezinfeksiya edilir.

Gürcüstan hökuməti bölgədə vaxtında görülmüş tədbirlərin koronavirusun yayılmasının qarşısını aldığını qeyd edir.