Murat Boz Aslı ilə barışmaq üçün dəridən-qabıqdan çıxır - FOTO

22:55 12-08-2018 6
loading...

Türkiyəli məşhurlar Murat Bozla Aslı Enverin iki il yarımlıq sevg münasibətləri dörd ay öncə bitmişdi.

HerGun.Az türk mətbuatına istinadən xəbər verir ki, cütlüyün yaxınları onların barışacağını iddia edir.

Bildirilir ki, Murat bir aydır Aslı ilə barışmaq üçün dəridən-qabıqdan çıxır.

O, ortaq dostlarını bu işə cəlb edərək sevgilisini ilə olan münasibətlərini bərpa etmək istəyir.

Boz aktrisanın qəlbini yenidən qazanmaq üçün evinə ağ və qırmızı rəngdə qızılgüllər göndərib.

Aslı isə müğənnidən qərar verməsi üçün vaxt istəyib.

Qeyd edək ki, cütlük “O səs Türkiyə” müsabiqəsində tanış olublar.

Pərviz Hüseyn