Almaniyada nazirin cəsədi aşkarlandı

04:40 29-03-2020 433

Almaniyanın Hohhaym-am-Mayn şəhərində dəmir yolu xətlərinin üzərində Hessen federal ərazisinin Maliyyə naziri Tomas Şeferin cəsədi tapılıb.

Bu barədə “Die Welt” qəzeti məlumat verib.

İstintaqın nəticələrinə əsasən, nazir intihar edib.

Şefer Hessenin Baş naziri Folker Bufenin mümkün varislərindən biri hesab edilirdi. O, regionun maliyyə naziri vəzifəsini 2010-cu ilin avqustundan tuturdu.