“Əyri piramida” ziyarətə açıldı

19:54 13-07-2019 882

Firon Snefru tərəfindən inşa olunmuş “Əyri piramida” turistlər üçün ziyarətə açılıb.

“RİA Novosti” xəbər verir ki, tarixinə görə Misirin ən qədim ikinci piramidası hesab olunan tikili restavrasiya və ətrafının təmizlənməsi prosesindən sonra ilk olaraq diplomatların iştirakı ilə ziyarət edilib.

Rəsmi açılışdan sonra keçmişə səyahət o qədər də asan olmayıb. Qədim tarixdə tikilmiş pilləkanlarla yüz metr yüksəkliyindəki sərt yoxuşu qalxmağa heç də hamının gücü çatmayıb. Buna baxmayaraq ikinci qrup ziyarətçilərdən bir neçəsi abidənin ən dərinliklərinə qədər düşməyi bacarıb.

Artıq təkcə diplomatlar və jurnalistlər deyil, istənilən şəxs ehramın içində gəzintiyə çıxa bilər.