Koreyalı falçı Trampın gələcəyindən xəbər verib

05:54 14-07-2019 588

“The Washington Post” qəzetinin jurnalisti Anna Fayfild özünün “Böyük tədqiqatçı” kitabında KXDR-dən olan falçının ABŞ prezidenti Donald Trampın dövlət başçısı postunda ikinci müddətə də qalacığını gördüyünü bildirib.

Onun sözlərinə əsasən, Şimali Koreya hökuməti Trampın yarımadadakı vəziyyətlə bağlı planlarını bilmək istəyir. Bununla əlaqədar olaraq, onlar falçıya müraciət ediblər.

Kitabda yazılanlara əsasən, falçıya Kim Çen Inın köməkçisi müraciət edərək, ABŞ-da qarşıda gələn prezident seçkilərinin nəticələri ilə maraqlanıb. Falçı isə Donald Trampın daha dörd il dövlət başçısı postunda qalacağını bildirib.