NASA “Curiosity”nin Marsın orbitindən çəkilmiş şəklini göstərdi

06:36 14-07-2019 744

NASA şənbə günü özü yeriyən “Curiosity” aparatının şəklini dərc edib.

TASS-ın verdiyi məlumata əsasən, şəkil NASA-nın digər aparatı tərəfindən Marsın orbitindən çəkilib.

Space.com portalı bildirir ki, yüksək icazəli HiRISE kamerası tərəfindən çəkilmiş şəkildə kiçik parlaq ləkə görünür. NASA mütəxəssisləri isə bu ləkənin məhz “Curiosity” olduğunu qeyd edirlər. Bildirilir ki, parıltı aparatın metal səthinin işığı əks etdirməsi nəticəsində yaranıb.

Qeyd edək ki, “Curiosity” Marsa avqustun 2012-ci il avqustun 6-da astronom Volt Qeylin şərəfinə adlandırılmış kraterin tədqiqi üçün çatdırılıb.