Nyu-Yorkda elektrik enerjisinin verilməsi bərpa olundu

10:27 14-07-2019 612

Nyu-Yorkda təxminən 70 min insanın işıqsız qalmasına səbəb olan problem aradan qaldırılıb və elektrik enerjisinin verilməsi tam bərpa edilib.

Bunu jurnalitlərə açıqlamasında ABŞ-ın “Con Edison” enerji şirkətinin rəhbəri Con Makevoy deyib.

Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində yaranan fasilə elektrik yarımstansiyasında baş vermiş qəzaya görə olub.

Qeyd edək ki, şəhərin mərkəzində transformatorda partlayış olub, nəticədə minlərlə insan işıqsız qalıb.