Türkiyə altıncı “S-400”ü aldı

11:36 14-07-2019 659

Türkiyə Milli Müdafiə Nazirliyi “S-400” komplekslərinin elementlərinin daşınmasının davam etdiyini bəyan edib.

Nazirliyin açıqlamasında qeyd edilib ki, “S-400”lərin çatdırılması çərçivəsində altıncı sistemin Mürtəd Hava Limanına endiyi bildirilib.

Qeyd edək ki, səhərin erkən saatlarında beşinci sistemin Türkiyəyə çatdırılması təmin olunub.

Yeddinci “S-400”ün də bu gün təhvil verilməsi planlaşdırılır.