Azərbaycanda yüksək vəzifəli şəxs və ailəsi koronavirusa yoluxdu - YENİLƏNİB

12:20 18-06-2020 401

Təhsil Nazirliyi Samux icra başçısının müavininin ailəsinin koronavirusa yoluxması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru, 1970-ci il təvəllüdlü  Əliyeva Arzu Şirin qızı 14 iyun 2020-ci ildə koronovirus (COVID-19) diaqnozu ilə bağlı Goranboy Rayon Xəstəxanasına yerləşdirilib:

“Məktəb direktorunun səlahiyyətləri 16 iyun 2020-ci ildən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib”.

11:44

Azərbaycanda icra başçının müavini koronavirusa yoluxub.

HerGun.Az-ın məlumatına görə, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev, onun həyat yoldaşı, oğlu və qayınanası koronavirusa yoluxublar.

Onlar xəstəxanada müalicə alırlar. 

Qeyd edək ki, Qəzənfər Əliyev və onun həyat yoldaşının koronavirusa yoluxması barədə ilk xəbəri Qafqazinfo yayıb.

İlhamə Əbülfət