Fərid Mansurov AFFA-nın iclasında niyə iştirak etməyib? - Səbəb bilindi

17:40 18-06-2020 432

AFFA-nın İcraiyyə Komitəsi bu gün keçirdiyi videokonfrans formatlı iclasında tam heyətlə təmsil oluna bilməyib.

HerGun.Az-ın xəbərinə görə, AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən biri, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov iclasda iştirak etməyib.

Bunun səbəbi isə onun paytaxtdan kənarda olmasıdır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, bu gün Yardımlı rayonunda idman kompleksinin açılışı keçirilib. Fərid Mansurov məhz həmin tədbirə görə futbolla bağlı vacib iclasa qatıla bilməyib.

Qeyd edək ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak edib.

Səbuhi Musayev