Göygöldə qəza: Piyada öldü

00:40 19-06-2020 463

Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Belə ki, hərəkətə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Əsgərov Füzuli Qəşəm oğlunu vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.