Paytaxtda 26 yaşlı kişini maşın vurdu

09:20 19-06-2020 336

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

“Azneft” meydanı dairəsi yaxınlığında 1994-cü il təvəllüdlü Mirzəliyev İbrahim Bəhruz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud-çanaq əziyi diaqnozu qoyulub.