Lukaşenko Qələbə paradına oğulları ilə gedəcək

18:00 19-06-2020 438

“Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada keçiriləcək Qələbə paradına oğulları ilə birlikdə gedəcək”.

Bu barədə “İnterfaks” Belarus prezidentinin mətbuat katibi Natalya Eysmonta istinadən məlumat yayıb.

Onun sözlərinə görə, prezidentin oğulları da onunla birlikdə tribunada olacaq.

Xatırladaq ki, Qələbə paradı iyunun 24-də Moskvada keçiriləcək.