Karantindən imtina edən İsveç hökuməti iqtisadiyyatda irəliləyiş müşahidə edir

21:00 19-06-2020 507

Karantindən imtina edən İsveçdə iqtisadiyyatın bərpa əlamətləri fonunda ümumi daxili məhsulla (ÜDM) bağlı proqnozlar yaxşılaşıb.

Bu barədə “Bloomberg” ölkənin Maliyyə naziri Maqdalena Anderssona istinadən xəbər yayıb.

Artıq hökumət bu il ÜDM-in əvvəlcədən proqnozlaşdırıldığı kimi, yeddi deyil, altı faiz azalacağını gözləyir. Hökumətin bu qiymətləndirməsi karantinin İsveçi şiddətli resessiyadan xilas edəcəyini gözləyən bir çox iqtisadçıların fikirləri ilə üst-üstə düşür.

Bununla belə, Andersson vurğulayıb ki, “kollektiv immunitet strategiyası”nın İsveçin iqtisadiyyatına dəyən zərbəni nə dərəcədə yumşaltdığını söyləmək hələlik tezdir. Onun sözlərinə görə, əmək bazarındakı vəziyyət ciddi olaraq qalır.

Qeyd edək ki, sözügedən ölkənin pandemiyaya görə sərt məhdudlaşdırıcı tədbirlərdən imtina etməsi beynəlxalq müzakirə mövzusuna çevrilib. Hazırda İsveç dünya ölkələri arasında koronavirusdan ölüm nisbətinə görə siyahıda ilk yerlərdən birini tutur.

Birmənalı qarşılanmayan strategiya İsveçdə iqtisadiyyata zərbəni yumşaltmağa imkan yaradıb, lakin böhranın qarşısını ala bilməyib. İqtisadçıların fikrincə, vəziyyətin pisləşməsi ixracatın azalması ilə əlaqədardır.