Xəstəxanalarda dərman çatışmazlığı var? - AÇIQLAMA

12:40 20-06-2020 445

“Son günlər bəzi dərman preparatlarında qıtlıq müşahidə olunur”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB apteklərin dərman preparatları ilə təchizatına cavabdelik daşımır:

“Bu məsələ TƏBİB nümayəndələrinin də diqqətindədir. Lakin xəstəxanalarda xəstələrin müalicəsi üçün dərman preparatlarında heç bir çatışmazlıq yoxdur”.

Könül Cəfərli