AMADA əməkdaşına görə zədə alan velosipedçi: “Qızı vursaydım, onun ayağı qırıla bilərdi” - VİDEO

16:00 20-06-2020 424

“Sinəmdən ciddi zədə almışam, nəfəs ala bilmirəm. Dizim, qolum yırtılıb, amma onlar ciddi deyil. Bazar ertəsi Milli İdman Tibb və Reabilitasiya İnstitutunda müayinədən keçəcəyəm”.

Bunu HerGun.Az-a şose velosipedi üzrə gənclər millimizin üzvü İbad Abbasov deyib.

Üç gün əvvəl keçirilmiş Bakı birinciliyində Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) xanım əməkdaşının yola çıxması nəticəsində zədələnən 18 yaşlı idmançı qəza barədə danışıb:

“Qəzaya səbəb olan həmin xanımdan heç bir şikayətim yoxdur. 16 dövrəlik yarış idi və bunun dördünü artıq sürmüşdük.

Gənclər millimizin dörd üzvü, mən, Əmral, Nofəl və Nikita ilə bir qrupda gəlirdik. Nofəl qızı görüb velosipedi qaçırtdı. Mən də qızı vurmamaq üçün özümü sola verdim, yıxıldım. Qızı vursaydım, ən azından onun ayağı qırıla bilərdi.

Məndə velosipedin raması qırıldı. Səhv etmirəmsə, arxadan gələn də Səbuhi idi. Onun velosipedinin də qabaq təkəri zədələndi”.

Səbuhi Musayev