İlon Mask malikanəsini 29 milyon dollara satdı

06:20 21-06-2020 474

Amerikalı milyarder İlon Mask Los-Ancelesdəki malikanələrindən birini 29 milyon dollara satıb.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr qeyd edib ki, malikanə əvvəlcə 30 milyon dollara satışa çıxarılıb.

İ.Mask evi 2012-ci ildə “Canyon Capital” şirkətinin təsisçisi Mitçel Culisdən 17 milyon dollara alıb.

Bundan başqa, İ.Maskın Los-Ancelesdə daha beş əmlakının olduğu bildirilir.