Fransada həkimlər nazirliyin qarşısını “qana boyadı” - VİDEO

09:00 21-06-2020 490

Fransada həmkarlar ittifaqının həkim üzvləri və fəallar Fransa Səhiyyə Nazirliyinin binasının girişini simvolik olaraq qana boyayıblar.

“RİA Novosti” xəbər verir ki, bununla fəallar hökumətin koronavirus pandemiyası fonunda apardığı səhiyyə siyasətinə etiraz ediblər.

Qırmzı xalıdan başqa, həkimlər nazirliyin binası önünə “nifrət mükafatı” adlandırdıqları simvolik medalı da nümayiş etdiriblər.

Həkimlər xəstəxanalarda vəziyyətin acınacaqlı olmasından, işçilərin, eləcə də tibbi ləvazimatın çatışmazlığından şikayət ediblər.