Azərbaycanlı Rusiya polisindən qaçdı

11:30 16-09-2018 17
loading...

Rusiyanın hüquq mühafizə orqanları Çuvaşiya respublikasında polislərin nəzarətindən qaçan Azərbaycan vətəndaşını axtarır.

HerGun.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, məlumatı Rusiyanın hüquq mühafizə orqanları yayıb.

Məlumata əsasən, sentyabrın 14-də axşam saatlarında Elnur adlı 37 yaşlı Azərbaycan vətəndaşı Çuvaşiyanın Kuqesi şəhərində ictimai nəqliyyat dayanacağında mühafizəçilərdən yayınaraq qaçıb. 

Polis əməkdaşlarının ehtimallarına görə, azərbaycanlı həyat yoldaşının yaşadığı Moskvaya yollanıb. Onun axtarışları intensiv surətdə davam etdirilir.