Həyat yoldaşı koronavirusa yoluxan Fərəh Əliyevanın vəziyyətindən danışdı

15:20 21-06-2020 387

Koronavirusa yoluxan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın vəziyyəti yaxşıdır, müalicəsi davam edir.

Bu barədə Teleqraf.com-a açıqlamasında Fərəh Əliyevanın həyat yoldaşı Adil Əliyev deyib.

Onun sözlərinə görə, sabah Fərəh Əliyevanın səhhəti barədə rəsmi açıqlama veriləcək.