Xalq artistinin qızı Şəbnəmin konsertini qulaqcıqla və narazılıqla izlədi - FOTO

16:30 16-09-2018 29
loading...

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Şəbnəm Tovuzlu Yaşıl Teatrda konsert proqramı ilə çıxış edib.

HerGun.Az xəbər verir ki, onu dinləməyə gələnlər arasında Xalq artisti Məleykə Əsədova ilə qızı Gülər də olub.

Lakin Gülərin kameraların obyektivinə tuş gələn görüntüləri birmənalı qarşılanmayıb.

Belə ki, onun narazı siması və konserti qulaqcıqla izləməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

İstifadəçilər Gülərin konsertə zorla gətirildiyini, həvəssiz olduğunu yazıblar.

Qeyd edək ki, ötən gündən Şəbnəmin səhnəyə motosikletlə çıxması və geyimi də müzakirə yaradan mövzular sırasındadır.

Pərviz Hüseyn