Tərtərdə dəhşətli qəza: Minik avtomobili ilə yük avtomobili toqquşdu, ölən və yaralananlar var

21:40 21-06-2020 384

Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub.

Nəticədə “Jiquli”nin sürücüsü T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.