Nərimanov rayonunda 65 yaşlı kişini maşın vurdu, vəziyyəti ağırdır
23:20 21-06-2020 361
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, yolu keçən 1955-ci il təvəllüdlü Ələkbərov Şəmsəddin Hümbət oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.