Goranboyda VAZ aşdı, bir nəfər yaralandı

01:40 22-06-2020 495

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Yusifov İbrahim Əbülfət oğlu xəsarət alıb.

O, əvvəlcə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. 

Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.