Sabunçuda 21 yaşlı qız yol qəzasında yaralandı

03:40 22-06-2020 501

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə hadisə Sabunçu dairəsində qeydə alınıb.

Qəza zamanı 1999-cu il təvəllüdlü Babayeva Suel Sabir qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona burun sümüyünün sınığı diaqnozu qoyulub.