TIR idarəetmədən çıxdı, ətraf müharibə meydanına çevrildi: Yaralılar var - FOTO

08:40 22-06-2020 444

Türkiyədə sürücünün idarəetməsindən çıxaraq əks yola çıxan TIR hər tərəfi müharibə meydanına çevirib.

Bununla bağlı “HaberGlobal” məlumat yayıb.

Bildirilib ki, beş nəfərin yaralandığı qəza nəticəsində magistralda kilometrlərlə tıxac yaranıb.

Qəza Sakarya-Biləcik avtomagistralının Geyve rayonu, Örencik məhəlləsi istiqamətində baş verib.

Əraziyə təcili tibbi yardım xidməti və polis əməkdaşları cəlb olunubş Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Araşdırmalar davam edir.