Yevlaxda yük maşınının vurduğu piyada öldü

00:20 27-08-2020 450

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına əsasın, hadisə Aran qəsəbəsi yaxınlığından keçən magistral yolda qeydə alınıb.

Maye qaz daşıyan yük maşını yolu keçən 1977-ci il təvəllüdlü Aran qəsəbəsi sakini Sultanov Fikrət Sabir oğlunu vurub.

Ağır xəsarət alan piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırmalara başlanılıb.