“Qarabağ”ın çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

03:40 27-08-2020 509

Çempionlar Liqasında növbəti püşkatmaların bütün iştirakçıları müəyyənləşib.

HerGun.Az xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra mümkün olub.

10 komanda Çempionlar yolunda, 3 klub Liqa yolunda tur adlayıb. Bununla da avqustun 31-də baş tutacaq III təsnifat mərhələsinin püşkündə iştirak edəcək komandalar bilinib. Həmin gün Çempionlar yolunda mərhələ keçən 10 komanda 5 cütlük təşkil edəcək. Püşk zamanı Azərbaycan çempionu “Qarabağ” səpələnmişlər sırasında yer alacaq.

III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Xorvatiya)

“Yanq Boyz” (İsveçrə)

“Srvena Zvezda” (Serbiya)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Təl-Əviv, İsrail)

Səpələnməmişlər

“Molde” (Norveç)

“Midtülland” (Danimarka)

“Ferensvaroş” (Macarıstan)

“Omoniya” (Kipr)

“Dinamo” (Belarus)

Zaur Xudiyev