Planetin ən gözəl qızı ciddi xəstəliyindən danışdı

08:40 27-08-2020 534

Fələstin əsilli amerikalı supermodel, dünyanın ən gözəl qızı kimi tanınan Bella Hadid xəstəliyi barədə danışıb. O, Layma xəstəliyindən əziyyət çəkdiyini bildirib.

“Daily Mail”in məlumatına görə, bu barədə o, özünün "Instagram" hesabının hekayə bölümündə məlumat verib.

23 yaşlı cazibədar model hər gün mübarizə aparmalı olduğu xəstəliyin ciddi simptomları arasında nizamsız ürək döyüntüsü, əhval dəyişikliyi, oynaq ağrısı, tərləmə, ürək bulanması, nəfəs darlığı, yuxusuzluq, baş ağrısı, panik atak və s. sadalayıb.

Hər gün xəstəliyin ən azı 10 simpotomunu hiss edirəm. Bu, 14 yaşımda başladı və 18 yaşımda sürətləndi, - deyə B.Hadid etiraf edib.