Elnarə Abdullayeva bölməyə aparıldı

15:20 27-08-2020 413

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib.

Belə ki, Əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.

Müğənni dəfələrlə keçmək üçün cəhd göstərsə də, mümkün olmayıb.