Məktəblərdə şagird sıxlığı necə tənzimlənəcək? - AÇIQLAMA

18:20 27-08-2020 430

Məktəbdə sıxlığı azaltmaq üçün bəzi fənlərin əyani, bəzi fənlərin onlayn keçirilməsi planlaşdırılır. 

HerGun.Az-ın müxbiri Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. 

Onun sözlərinə görə, bu, sıxlığın azaldılmasına kömək olacaq:

“Fənlər seçilən zaman onların tədris prosesi nəzərə alınacaq. Bununla da məktəblərdə şagirdlərin sayında azalma olacaq ki, bu da sosial məsafənin lazımi şəkildə qorunmasına şərait yaradacaq”.

Könül Cəfərli