Poqba COVID-19-a yoluxdu

20:00 27-08-2020 452

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqbada koronavirus aşkarlanıb.

“Championat” xəbər verir ki, bu barədə Fransa yığmasının baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.

Qeyd olunur ki, P.Poqbanı Fransa millisində “Renn” klubunun 17 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa əvəz edəcək.