Xarkov yaxınlığında ictimai təşkilata məxsus avtobus atəşə tutulub

00:20 28-08-2020 373

Ukraynanın “Vətənpərvərlər - həyat üçün” ictimai təşkilatın üzvləri olan mikroavtobus Xarkov şəhəri yaxınlığında atəşə tutulub.

Bu barədə Ukrayna parlamentinin deputatı Vadim Rabinoviç “Facebook” hesabında məlumat yayıb. 

Rabinoviçin sözlərinə görə, hadisə nəticəsində iki nəfər ölüb, daha bir nəfər yaralanıb. Təcavüzkarların təşkilatın bir üzvünü qaçırdığı da iddia olunur.

Radanın müxalifət platformasından olan digər bir deputat - İlya Kiva, hücumun Kiyev-Xarkov magistralında baş verdiyini bildirib. Onun sözlərinə görə, avtobus Azov alayının və Milli Korpus Partiyasının üzvləri tərəfindən atəşə tutulub. 

Polis isə ölən və qaçırılanların olduğunu təkzib edir. Rəsmi məlumata görə, yalnız yaralananlar var.