Ucarda azyaşlı beşinci mərtəbədən yıxılıb həyatını itirdi- VİDEO

02:00 28-08-2020 415

Ucar rayonunda azyaşlı binadan yıxılıb.

Baku TV-nin məlumatına görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı  yaşayış binasında baş verib. 

Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan üç yaşlı Fərhan Qədimli beşinci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

F.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.