Girov götürülmüş Malinin eks-prezidenti sərbəst buraxılandan sonra istefa verdi

03:20 28-08-2020 407

Hərbi çevriliş zamanı qiyamçılar tərəfindən girov götürülən Malinin eks-prezidenti İbrahim Bubakar Keyta sərbəst buraxılıb.

“Jeune Afrique” agentliyi bu barədə prezidentin ailəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, avqustun 18-də Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.

Bir gün sonra Mali prezidenti İbrahim Bubakar Keyta tutduğu vəzifədən istefa verdiyini və parlamenti buraxdığını elan edib.