“TikTok”un Amerika payına iddiaçıların adı açıqlandı

07:40 28-08-2020 714

Çin şirkəti “ByteDance” “TikTok” qısa video xidmətinin Amerika payına sahiblənmək üçün iki təklif aldı. 

“Bloomberg”in məlumatına görə, təkliflər “Oracle” və “Microsoft” tərəfindən verilib.

Müqavilə bir həftə ərzində bağlana bilər. Agentlik "Microsoft" şirkətini "TikTok"un Amerika hissəsinə əsas iddiaçı adlandırır.

“Oracle”, “Microsoft” və “ByteDance” bu barədə şərh verməkdən imtina ediblər.