Goranboyda çayxana karantinə rəğmən işləyirmiş - FOTO

11:40 28-08-2020 390

Goranboy rayonunda karantin rejimi qaydalarını pozan çayxana aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi Məhəbbət Həsənov və müştərilər Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov  saxlanılaraq, RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. 

Qeyd etmək lazımdır ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə edilib, 11 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Bundan başqa, RPŞ əməkdaşlarının sayıq xidməti nəticəsində bir toy, iki nişan, bir ad günü və bir yas mərasimi başlamadan qarşısı alınıb, rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq, xidmət göstərmək istəyən 18 iaşə obyekti aşkarlanaraq fəaliyyyəti dayandırılıb.