Türkiyə ABŞ-a səudiyyəli jurnalistin qətlinin sübutlarını təqdim edib

01:05 13-10-2018 6
loading...

Türkiyə ABŞ hökumətinə müxalif səudiyyəli jurnalist Camal Khaşoqinin Səudiyyə Ərəbistanının konsulluğunda qətlə yetirildiyini sübut edən materiallar təqdim edib. 

HerGun.Az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb. 

Rəsmi şəxslərin bildirdiyinə görə, audio yazı jurnalistin ölümünə görə Ər-Riyadın məsuliyyət daşıdığını sübut edir. 

Türkiyə xüsusi xidmət orqanlarının materialları təsdiq edir ki, jurnalist oktyabrın 2-də konsulluqda saxlanılıb, sonra isə öldürülüb və bədəni ayrı-ayrı hissələrə bölünüb.