Azərbaycanda rayon mərkəzi qaranlığa qərq olub - FOTO

16:00 28-08-2020 477

Ucar rayonunun mərkəz küçələri qaranlığa qərq olub.

HerGun.Az-ın məlumatına görə, gecə saatlarında rayon küçələrinin bəzi yerlərində işıqlandırma sistemləri, ümumiyyətlə, yoxdur.

Bəzi küçələrdə isə elektrik dirəkləri basdırılsa və sistem olsa da, işıq yoxdur.

Bu da gecə saatlarında qaranlıq olan yolda hərəkətdə olan sürücülərin işini çətinləşdirir.

Dursun Tağıyeva