Lukaşenko: “Belarusda insanlar fikirlərinə görə “sındırılmayacaq”

16:20 28-08-2020 417

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkədə vəziyyət stabilləşməyə doğru gedir və indi iqtisadiyyatla məşğul olmaq zamanıdır.

“BelTA” xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə “Savuşkin-Orşa” MMC-yə işgüzar səfəri zaman deyib.

O qeyd edib ki, Belarusda insanlar fikirlərinə görə “sındırılmayacaq”.

“Burada çox sayda jurnalist var. Onların yarısı hökumətin fikirləri ilə razılaşmaya və fərqli fikirdə ola bilər, lakin onlar küçələrdə gəzib ölkəni taqətdən salmırlar, halbuki tırtılların (zirehli texnikanın hissəsi – red.) səsi ölkənin kənarından gəlir”.